Hakerlər III rübdə 1 milyard dollarlıq kriptovalyuta oğurlayıb
Maliyyə
- 29 oktyabr, 2021
- 11:10
Bu ilin III rübündə dünyadakı kibercinayətkarlar 1,1 milyard ABŞ dolları dəyərində kriptovalyuta oğurlayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Atlas VPN” - informasiya texnologiyaları təhlükəsizliyi şirkətinin hesabatında bildirilir.
Məlumata görə, ən çox ziyan “Ethereum” ekosisteminə dəyib. Təhlil edilən dövr ərzində 20 hücum nəticəsində 800 milyon dollardan çox itki olub. Hakerlər həmçinin kriptovalyuta birjalarına 5 iri miqyaslı hücum təşkil edib. Nəticədə sonuncular 114 milyon dollar itiriblər. Kiçik ekosistemlərə hücüm və müxtəlif dələduzluq sxemləri nəticəsində 193 milyon dollar oğurlanıb.
“Atlas VPN”nin hesablamalarına görə, ötən il isə 122 hücüm nəticəsində 3,8 milyard dollarlıq kriptovalyuta oğurlanıb.
Son xəbərlər
22:32
Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku vəfat edib
Futbol22:25
İran XİN: Tehrandakı sinaqoq bombalanıb
Region22:14
KİV: İsrail Tehranda İran rəsmilərinin görüş yerinə aviazərbə endirib
Region22:04
Valdas Dambrauskas: "Oyunun gedişinə görə haqq etdiyimiz qələbəni qazandıq"
Futbol22:02
İranın BMT-dəki daimi nümayəndəsi: Trampın İran sivilizasiyasını məhv etməklə bağlı sözləri qəbuledilməzdir
Region21:52
Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin açıq məşqi keçirilib
Fərdi21:49
Foto
Qərbi Azərbaycan İcmasında özbək və qırğız yazıçılarla görüş keçirilib
Ədəbiyyat21:39
Foto
AFFA-da Region Liqası klubları üçün xüsusi dövr iclası keçirilib
Futbol21:33