Gürcüstanın Azərbaycana borcu azalıb
Maliyyə
- 14 sentyabr, 2020
- 10:25

Sentyabrın 1-nə olan göstəriciyə əsasən, Gürcüstanın Azərbaycana olan borcunun həcmi 5,685 milyon ABŞ dolları təşkil edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.
Aylıq müqayisədə qonşu ölkənin Azərbaycan qarşısında borcunda 422 min dollar azalma qeydə alınıb.
Hesabata əsasən, Gürcüstanın ümumilikdə 6,7 milyard dollar məbləğində xarici borcu var ki, bunun da 6,5 milyard dolları hökumətin payına düşür.
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana da borcu aylıq müqayisədə nisbətən azalaraq müvafiq olaraq 10,959 milyon dollar, 43,134 milyon dollar və 5,954 milyon dollara bərabər olub.
Son xəbərlər
00:14
Tramp Tokayevlə "əla söhbət"dən sonra Qazaxıstana səfər edə biləcəyini deyib
Digər ölkələr23:54
"Taliban" hökuməti Hindistanla əlaqələri dərinləşdirmək niyyətindədir
Digər ölkələr23:26
Tramp HƏMAS-a sonuncu dəfə xəbərdarlıq edib
Digər ölkələr23:07
Zelenski: Putin açıq şəkildə danışıqlardan yayınır
Digər ölkələr22:53
ABŞ Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-a yeni təklif təqdim edib
Digər ölkələr22:33
Xaçmazda avtomobilin vurduğu piyada ölüb
Hadisə22:24
Rusiyanın cənubundakı "İlski" neft emalı zavodu Ukrayna tərəfindən sıradan çıxarılıb
Region22:12
Avropa Kuboku: Azərbaycan millisi gümüş medal qazanıb
Komanda21:54