“Günay Sığorta” kapital artımını yekunlaşdırıb
Maliyyə
- 30 mart, 2021
- 12:51
"Günay Sığorta" ASC nizamnamə kapitalının 500 min manat, yaxud 6,5 % artırılaraq 7,7 milyon manatdan 8,2 milyon manata çatdırılması prosesini yekunlaşdırıb.
"Report" bu barədə "Bakı Fond Birjası" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, kapital artımı üçün hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd yeni adi, sənədsiz, adlı səhm ötən gün Birjada yerləşdirilib və əldə olunub.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmləri Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı) və Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.
Son xəbərlər
23:45
İngiltərə yığmasının müdafiəçisi Kuansa iki oyunluq diskvalifikasiya edilib
Futbol23:36
Uqandada ərzaq qıtlığından 16 nəfər həlak olub
Digər ölkələr23:32
Buşehrdəki partlayış səsinin səbəbi müəyyənləşdirilir
Region23:21
Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılır
Digər ölkələr23:09
CNN: Pakistan və Qətər ABŞ ilə İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir
Digər ölkələr22:56
Tanzaniyada aksiyaların qadağan edilməsindən sonra 130 nəfər saxlanılıb
Digər ölkələr22:39
Qurban Qurbanov: "Rəqib çox yaxşı müdafiə olundu"
Futbol22:31
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
Xarici siyasət22:18