"Global Energy Solutions" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 07 oktyabr, 2025
  • 15:02
Global Energy Solutions maliyyə vəziyyətini açıqlayıb

"Global Energy Solutions" MMC 2024-cü ili 41,685 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,8 dəfə çoxdur.

Ötən il "Global Energy Solutions"in vergiyəqədərki mənfəəti 45,069 milyon manat (əvvəlki ilə nisbətən 2,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 3,384 milyon manat (56,45 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Global Energy Solutions"in aktivləri 207,763 milyon manat olub ki, bu da illik müqayisədə 20,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1,5 % artaraq 137,538 milyon manata, balans kapitalı isə 88,15 % artaraq 70,225 milyon manata çatıb.

"Global Energy Solutions" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,596 milyon manatdır. Şirkətin təsisçiləri 90 % payla "Nobel Energy Limited" və 10 % payla "Nobel Oil İnvestment LTD" şirkətləridir. Bu şirkətlərə Vüqar Səmədli rəhbərlik edir.

Son xəbərlər

Bütün Xəbər Lenti