Fransanın birja indeksi 21 illik maksimumu yeniləyib

Maliyyə
  • 08 aprel, 2021
  • 10:42
Fransanın birja indeksi 21 illik maksimumu yeniləyib

Bu gün Fransanın və dünyanın aparıcı fond birjası indeksi - CAC40 6 171 bəndə çatıb ki, bu da 21 illik maksimumun yenilənməsidir.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, ötən günün yekununda sözügedən indeks 6 131 bənd təşkil edib.

Avropa ölkələrinə və ABŞ-a aid digər fond birjası indekslərində də "canlanma" var. Asiya ölkələrinin birjalarında isə sabitlikdir.