Fransa ADB-ni yerli valyutalarda maliyyələşdirməni genişləndirməyə çağırır
- 04 may, 2026
- 17:20
Fransa Asiya İnkişaf Bankına (ADB) milli valyutalarda maliyyələşdirmənin artırılması üçün mexanizmlərin hazırlanmasını dayandırmamaq barədə çağırış ilə müraciət edir.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu bəyanatla bankın Fransanı təmsil edən rəsmisi Antuan Berjero ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində rəhbərlərin işgüzar sessiyasında çıxış edib.
O qeyd edib ki, Fransa tərəfi həm də ADB-yə müraciət edərək, milli tədbirlərin və donor dəstəyinin daxil edilə biləcəyi uzunmüddətli keçid strategiyalarının formalaşdırılmasında öz müştərilərinə kömək göstərilməsi istiqamətində səylərini artırmağı xahiş edir.
"Bununla yanaşı, qısamüddətli perspektivdə iqtisadi artım və inkişaf prioritetlərini nəzərə almaqla qalıq yanacaqlarından asılılığın azaldılması üçün tələb olunan bütün siyasi məsləhətləri və yardımı təmin etmək lazımdır. Bu kontekstdə Fransa ADB-ni "regionun iqlim bankı"na çevrilmək istiqamətində işləri davam etdirməyə çağırır", - A.Berjero vurğulayıb.