"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib

Maliyyə
  • 02 dekabr, 2025
  • 14:56
Fitch Ratings Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2025-ci ildə iqtisadi artımının 2,3 % təşkil edəcəyini gözləyir.

Bu barədə "Report" agentliyin hesabatına istinadən xəbər verir.

Yeni proqnoz əvvəlki qiymətləndirmədən 1,2 faiz bəndi aşağıdır.

"Fitch"in yenilənmiş gözləntilərinə əsasən, 2026-cı ildə Azərbaycan ÜDM-i 2,5 % artacaq. Bu göstərici əvvəlki proqnozla müqayisədə dəyişməz qalır.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən, ÜDM artımı 2025-ci ildə 3 %, 2026-cı ildə 2,9 % və 2027-ci ildə 3,3 % səviyyəsində gözlənilir.

Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: "S&P Global" 2025-2026-cı illərdə illik 2 % artım gözləyir. "Fitch Group"a daxil olan beynəlxalq analitik şirkət "Fitch Solutions" Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 % və 2027-ci ildə 2,3 % səviyyəsində artacağını proqnozlaşdırır.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3 % və 2,5 % artım proqnozlaşdırır, Avropa Yenidənqurma və İnkişaf Bankı isə 2025-ci ildə 2 %, 2026-cı ildə 2,5 % artım gözləyir. Asiya İnkişaf Bankı növbəti iki il ərzində müvafiq olaraq 2,4 % və 2 % artım proqnozlaşdırır.

Dünya Bankı 2025-ci ildə Azərbaycanda iqtisadi artımın 2,6 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində olacağını gözləyir. Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 1,6 %, 2026-cı ildə 2,8 % və 2027-ci ildə 2 % səviyyəsində artacağını proqnozlaşdırır.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-oktyabr aylarında isə 1,3 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti