Fərid Osmanov: "Təmassız kartlarla ödənişlərin həcmi 4 dəfə artıb"
Maliyyə
- 02 iyun, 2021
- 09:49
Azərbaycanda nağdsız ödənişlərin dəyəri açıqlanıb.
Cari ilin mayın 1- ə qədər ölkədə dövriyyədə olan bank kartların sayı 10,3 milyona çatıb.
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Fərid Osmanov deyib.
O bildirib ki, bu kartlarla nağdsız ödənişlərin həcmi ötən dövrlə müqayisədə 52 % artaraq 2,8 milyard manata yaxınlaşıb:"Hazırda dövriyyədə olan 10 milyon kartın 50 %-i, yəni 5 milyonu təmassız funksiyanallığı olan kartlardır. Ötən ilin müvafiq dövrlə müqayisədə təmassız kartların sayı 2,7 dəfə artıb. Təmassız kartlarla aparılan ödənişlərin həcmində və sayında 2019-cu ilin müvafiq ayları ilə müqayisədə 4 və 6 dəfə artım müşahidə edilib".
Son xəbərlər
10:39
Zaqatalaya qar yağıb - FAKTİKİ HAVA
Ekologiya10:38
Şöbə müdiri: Azərbaycanda könüllülərin inkişafı üçün müntəzəm addımlar atılır
Daxili siyasət10:35
Yusif Məmmədəliyevə həsr olunan olimpiada keçirilməsi nəzərdə tutulur
Elm və təhsil10:34
Nazir: Akademik Yusif Məmmədəliyevin tədqiqatları Azərbaycan elminə böyük töhfələr verib
Elm və təhsil10:33
Mingəçevirdə 63 yaşlı qadın dəm qazından boğularaq ölüb
Hadisə10:31
Putin dekabrın 19-da geniş mətbuat konfransı keçirəcək
Region10:27
"Araz-Naxçıvan" Portuqaliya klubu ilə cavab matçı üçün iştirak ərizəsini UEFA-ya göndərib
Futbol10:27
Azərbaycanda 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib
İnfrastruktur10:19