EBRD-nin Azərbaycan manatı ilə istiqraz emissiyasının parametrləri açıqlanıb
Maliyyə
- 25 sentyabr, 2025
- 17:34
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı ilk istiqraz emissiyasının dəyəri 50 milyon manat olacaq.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 min manat olan 500 ədəd dəyişən faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.
İstiqrazlar "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək, 1 oktyabr 2025-ci ildən 1 oktyabr 2026-cı ilə qədər dövriyyədə olacaq. Faizlər Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi AZİR indeksinə uyğun olaraq (hazırda illik 7 %-ə yaxındır) rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayterləri "ABB-İnvest" və "Unicapital" investisiya şirkətləridir.
Son xəbərlər
04:12
ÜST: Kruiz gəmisində hantavirusun yayılması nəticəsində üç nəfər ölüb
Digər ölkələr03:39
ABŞ bu gündən Hörmüz boğazındakı gəmilərin azad edilməsinə kömək edəcək
Digər ölkələr03:27
Türkiyədə tufan xəbərdarlığı olunub
Region03:18
Türkiyədə əks yola çıxan "TIR" 4 nəfərin ölümünə səbəb olub
Hadisə03:01
"İnter" vaxtından əvvəl İtaliya çempionu olub
İdman02:30
Foto
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
Daxili siyasət02:18
ABŞ İranla danışıqları davam etdirir
Digər ölkələr01:52
Meksikada hakim partiyanın lideri dəyişib
Digər ölkələr01:21