Dollar növbəti dəfə ucuzlaşıb

Maliyyə
  • 08 fevral, 2016
  • 13:30
Dollar növbəti dəfə ucuzlaşıb

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının fevralın 9-na rəsmi məzənnəsini 1,5787 USD/AZN müəyyən edib. Bu, gündəlik 0,20% azalma deməkdir.

Bu barədə AMB-dən "Report"a verilən məlumatda bildirilir.

Qeyd edək ki, bu gün rəsmi məzənnə 1,5819 USD/AZN səviyyəsində olub.