"CPM-İnvest İnvestisiya Şirkəti"nin səhmdarlarının yığıncağı keçiriləcək
- 12 noyabr, 2025
- 17:02
Dekabrın 15-də, saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "CPM-İnvest"in hüquqi ünvanının dəyişdirilməsi, bununla bağlı müvafiq qurumlara müraciət edilməsi və məlumat verilməsi üçün səlahiyyətli şəxsin (onun tərəfindən etibarnamə verilən şəxsin) müəyyən edilməsi, cəmiyyətin 2026-2028-ci illəri əhatə edən Strateji İnkişaf Planının, 2026-cı il üzrə büdcə parametrlərinin nəzərdən keçirilməsi, cari və təşkilati məsələlər daxildir.
Xatırladaq ki, "CPM-İnvest" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.