"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Maliyyə
- 24 fevral, 2026
- 11:50
"CFI Financial İnvestisiya Şirkəti" QSC-nin yeganə səhmdarı, dünyanın aparıcı onlayn ticarət brokeri - "CFI Financial Group" payını 100 %-dən 98 %-ə endirib.
"Report" xəbər verir ki, buna səbəb Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin investisiya şirkətindən pay almasıdır.
Belə ki, Karim Malas hər birinin nominal dəyəri 1 000 manat olan 7 ədəd, Mazen Abbas isə 84 ədəd səhm əldə edib. Son nəticədə onlar "CFI Financial İnvestisiya Şirkəti"nin səhmlərinin müvafiq olaraq 0,15 %-nə və 1,85 %-nə sahib olublar.
Xatırladaq ki, "CFI Financial İnvestisiya Şirkəti" 2014-cü ildən fəaliyyət göstərən "Azfinance İnvestisiya Şirkəti" QSC-nin bazasında 2024-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,55 milyon manatdır.
Son xəbərlər
03:45
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın növbəti danışıqları martda Əbu-Dabidə keçirilə bilər
Digər ölkələr03:23
Marko Curiç: Serbiya və ABŞ daha möhkəm və güclü tərəfdaşlıq mərhələsinə qədəm qoyur
Digər ölkələr03:11
Umerov: Cenevrədə tərəflər Ukraynaya uzunmüddətli dəstək mexanizmlərinə diqqət yetiriblər
Digər ölkələr02:48
İran səfiri Astanada Qazaxıstan rəsmiləri ilə danışıqlar aparıb
Region02:45
Pakistan toqquşmalarda Əfqanıstanın 72 hərbçisinin öldüyünü bildirib - YENİLƏNİB-3
Digər ölkələr02:44
Avropa Liqasında 1/8 finala çıxacaq komandalar müəyyənləşib
Futbol02:17
Şamaxıda qadın qətlə yetirilib, şübhəli şəxs qismində ögey oğlu saxlanılıb
Hadisə02:10
UEFA Konfrans Liqası: 1/8 finala vəsiqə qazanan komandalar məlum olub
Futbol02:02