Bu il dünyada qızıla tələbat 14% azalıb
Maliyyə
- 03 avqust, 2017
- 07:47
Bakı. 3 avqust. REPORT.AZ/ Bu ilin I yarısında dünyada qızıla tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 14% azalaraq 2 003,8 ton təşkil edib.
"Report" "World Gold Council"a istinadən xəbər verir ki, 2017-ci ilin II rübündə isə qiymətli metala tələbat illik müqayisədə 10% azalaraq 953,4 tona düşüb.
Azalmaya səbəb birjalardakı investisiya fondlarına axının azalması ilə izah olunur.
Qızıla tələbatla yanaşı, onun təklifi də azalıb. Belə ki, 2017-ci ilin II rübündə qızıl bazarında təklif illik müqayisədə 8% azalaraq 1 065,9 ton təşkil edib. Bu dövrdə qızıl hasilatı isə sabit qalıb, lakin təkrar emal 18% azalma nümayiş etdirib. Bu xəbər əmtəə birjalarında qızılın 1 unsiyasının qiymətinin 0,8% azalaraq 1 260 dollara düşməsinə səbəb olub.
Son xəbərlər
12:36
Azərbaycan və Özbəkistan prokurorluqları süni intellekt sahəsində əməkdaşlığı genişləndirəcək
Xarici siyasət12:36
Azərbaycan UNESСO-da kiçik ada dövlətlərinə dəstək üzrə yeni proqram barədə elan edib
Digər ölkələr12:29
Oman sahillərində gəmi vurulub, yanğın baş verib
Digər ölkələr12:26
"Partner Finance" 1 milyon manatlıq istiqraz buraxır
Maliyyə12:26
Zelenski Qara dənizdə 2 tanker və 4 quru yük gəmisinin vurulduğunu təsdiqləyib - YENİLƏNİB
Digər ölkələr12:24
Ukrayna Moskva ətrafında hərbi-sənaye kompleksi müəssisəsinə zərbə endirib
Digər ölkələr12:19
Ötən həftə 1 959,5 hektar ərazi minalardan təmizlənib
Daxili siyasət12:16
Sabah 39 dərəcə isti olacaq
Ekologiya12:12