Bu il Azərbaycanda turistlər gecələməyə 133 dollar xərcləyiblər

Maliyyə
  • 16 sentyabr, 2025
  • 10:55
Bu il Azərbaycanda turistlər gecələməyə 133 dollar xərcləyiblər

Bu il Azərbaycanda turistlər ortalama gecələməyə 133 ABŞ dolları xərcləyiblər.

"Report" xəbər verir ki, bunu "Mastercard"ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov şirkətin beynəlxalq idman tədbirlərinin ölkə iqtisadiyyatına təsiri, iqtisadi göstəricilər və ölkə üzrə "Mastercard" fəaliyyətinə dair proqnozlar mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il 178 fərqli ölkədən turist qəbul edilib: "Azərbaycana ən çox turist Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Qazaxıstan və Səudiyyə Ərəbistanından gəlib. Xüsusilə Qazaxıstanda gələn turistlərin ortalama xərcləmələri daha yüksək səviyyələrə çatıb. Bu da, o deməkdir ki, onlar premium seqmentdədirlər".

O qeyd edib ki, bu il turistlər ən çox hotel-gecələmə xidmətlərinə pul xərcləyiblər: "Onlar ortalama 133 ABŞ dolları xərcləyiblər. Daha sonra restoran, geyim və gözəllik sektoru gəlir".

Son xəbərlər

Bütün Xəbər Lenti