Bitkoin ötən ayın rekordundan sonra kəskin ucuzlaşıb
Maliyyə
- 19 may, 2021
- 14:34
Bitkoinin məzənnəsi aprel ayında qeydə alınmış tarixi rekord həddinə nisbətən 2,1 dəfə ucuzlaşıb.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 17:13-ə olan vəziyyətə görə, ən böyük kriptovalyuta birjası olan “Binance”-da bitkoin 29 faiz ucuzlaşaraq 31,4 min ABŞ dollarından satılıb. Hərrac zamanı bitkoinin məzənnəsi yanvarın 25-dən bəri ilk dəfə 30 min dollaradək azalıb.
Həmçinin, 20-dən artıq birjanın göstəriciləri əsasında orta rəqəm təqdim edən CoinMarketCap-a görə bitkoin gün ərzində 29,8 faiz ucuzlaşaraq 30.858 dollardan satılıb.
Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı.
Son xəbərlər
00:43
Bakıda yaşayış binasında yanğın başlayıb
Hadisə00:38
Tramp Qrenlandiya ilə NATO arasında seçim etməli ola biləcəyini etiraf edib
Digər ölkələr00:16
Yəmənin müdafiə naziri vəzifəsindən azad edilib
Digər ölkələr23:54
Tramp: Kuba çətin vəziyyətdədir
Digər ölkələr23:53
Rusiyanın hava hücumundan sonra Krivoy Roqda 115 mindən çox abonent işıqsız qalıb - YENİLƏNİB-2
Digər ölkələr23:51
İranda hakimiyyətə qarşı keçirilən etiraz aksiyalarında ölənlərin sayı artıb
Region23:45
Video
Qərbi Azərbaycan Xronikası: Göyçə gölü və Zəngəzur resursları qayıdış müzakirələrinin mərkəzində
Daxili siyasət23:24
ABŞ Ukraynaya Rusiyanın mümkün hava hücumu barədə xəbərdarlıq edib
Digər ölkələr23:22