Beynəlxalq kastodial agentliklərin işinin keyfiyyətində ciddi problemlər mövcuddur

Maliyyə
  • 26 sentyabr, 2025
  • 10:42
Beynəlxalq kastodial agentliklərin işinin keyfiyyətində ciddi problemlər mövcuddur

Beynəlxalq kastodial agentliklərin işinin keyfiyyətində ciddi problemlər mövcuddur.

"Report" xəbər verir ki, bunu Belarusun Milli Statistika Komitəsinin idarə rəisi Yelena Kondratenko Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunun 3-cü günündə bildirib.

Onun sözlərinə görə, məlumatların validasiyasında kastodial agentliklərlə qarşılıqlı əlaqə təcrübələri bunu deməyə əsas verir: "Məlumatların uyğunsuzluğunun əsas səbəbləri həmin agentliklər tərəfindən düzəliş əmsalları və ekspert qiymətləndirmələrinin tətbiqi ilə ölkə məlumatlarının korrektə edilməsi, etibarsız məlumat mənbələrindən istifadə, müxtəlif hesablama metodologiyalarının tətbiqi, həmçinin platformalarda məlumatların yenilənmə müddətlərindəki fərqlərdir".

O bildirib ki, bundan əlavə, ekspert təcrübəsində ölkədəki vəziyyətlə birbaşa tanışlıq olmadan analizin qurulduğu, həmçinin tətbiq olunan hesablama və qiymətləndirmə metodikalarının etibarlılığı əlavə yoxlama tələb edən mənbələrdən alınan məlumatlara əsaslandığı hallar olur: "Nəticədə, etibarsız məlumatlar yerləşdirilir və qeyri-obyektiv reytinqlər formalaşır. Halbuki statistikamız beynəlxalq prinsiplərə ciddi riayət əsasında qurulur. İşin bütün mərhələlərində elmi metodlardan, peşəkar etikadan və statistik məlumatların toplanması, işlənməsi, saxlanması və təqdim edilməsinin standart prosedurlarından istifadə edirik. Bu, məlumatlarımızın yüksək keyfiyyət və etibarlılığını təmin edir. Keçən il BMT-nin qlobal məlumat bazası ilə məlumatların geniş miqyaslı müqayisəsi bir sıra göstəricilər üzrə uyğunsuzluğu aşkar etdi. Lakin bizim diqqətli işimiz göstərdi ki, əksər hallarda, bu da Belarusa aid məlumatların təxminən 20 %-dir, fərqlər məhz kastodial agentliklərin ekspert qiymətləndirmələrindən və etibarsız mənbələrdən istifadə etməsi ilə bağlıdır".

Belarusun Dayanıqlı İnkişaf Məqsədləri sahəsində əldə etdiyi nailiyyətlərdən danışan Y. Kondratenko hazırda DİM-lərə nail olma üzrə milli göstəricilər siyahısına 246 göstəricinin daxil olduğunu xatırladıb: "Onlardan 174 göstərici qlobal göstəricilərə uyğundur və 72 göstərici ölkəmizin milli xüsusiyyətlərini əks etdirən proksi-göstəricilərdir. Beləliklə, milli və qlobal siyahıların harmonizasiyası 70 %-i keçib. Bu gün məlumatların əlçatanlığı 95 % təşkil edir. Eyni zamanda, 10-cu və 17-ci məqsədlər üzrə 100 % məlumat əlçatanlığı təmin edilib. Respublikada dayanıqlı inkişaf məqsədlərinə nail olma səviyyəsinin son qiymətləndirilməsinin nəticələrinə görə, göstəricilərin 80 %-i əhəmiyyətli irəliləyişi və yüksək nəticələrə nail olunduğunu göstərir".

Son xəbərlər

Bütün Xəbər Lenti