Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!
- 07 oktyabr, 2025
- 12:06

ABB mobile tətbiqi ilə bankçılıqda yeni dövr başlanıb. Açıq bankçılığa qoşulmuş digər bankların müştəriləri də artıq öz hesablarını və kartlarını ABB mobile-da izləmək imkanı əldə ediblər. Bu, müştərilərə daha rahat, mərkəzləşdirilmiş və asanlıqla nəzarət edilə bilən bankçılıq təcrübəsi yaradır.
Müştəri balans və əməliyyat tarixçəsini birbaşa tətbiqdən izləyir. Onun fərdi icazəsi əsasında məlumatların paylaşılması idarə olunur. Eyni tətbiq üzərindən ümumi maliyyə hesabatına baxmaq mümkündür. Məlumatlarının paylaşılması üçün icazə müddətini (30 gündən 90 günədək) də müştəri özü müəyyənləşdirir.
Bu yenilik vasitəsilə müştəri ABB-dəki hesab və kart məlumatlarını da digər bank tətbiqlərinə əlavə etməklə həmin tətbiqlərdə bu məlumatları izləyə bilər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.