"Bank VTB Azərbaycan"ın depozit portfeli 7 %-ə yaxın azalıb

Maliyyə
  • 14 oktyabr, 2025
  • 13:54
Bank VTB Azərbaycanın depozit portfeli 7 %-ə yaxın azalıb

"Bank VTB Azərbaycan" ASC bu ilin yanvar-sentyabr aylarını 10,490 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 70,8 % çoxdur.

9 ay ərzində "Bank VTB Azərbaycan"ın gəlirləri 42,469 milyon manat (illik müqayisədə 27 % çox), xərcləri 32,568 milyon manat (17,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 588 min manat (35,2 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Bank VTB Azərbaycan"ın aktivləri 298,275 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,3 % azdır. Bunun 209,476 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7 % böyüyüb.

Hesabat dövründə "Bank VTB Azərbaycan"ın öhdəlikləri 7,3 % azalaraq 186,789 milyon manata, o cümlədən depozit portfeli 6,5 % azalaraq 103,015 milyon manata düşüb, balans kapitalı isə 14,2 % artaraq 111,485 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i "Bank VTB Rusiya" ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq" MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti