"Bank Respublika" lombard krediti müştəriləri üçün "Qızıl Seçim" lotereyasına start verdi!
- 01 oktyabr, 2025
- 14:20

"Bank Respublika"dan lombard krediti götürən müştərilər avtomobil və qızıl külçə qazanmaq şansı qazanacaq!
Müştərilərini hər zaman maraqlı və sərfəli təkliflərlə sevindirən "Bank Respublika" ASC lombard krediti müştəriləri üçün yeni "Qızıl Seçim" lotereyasına start verib.
2 tirajdan ibarət lotereyanın şərtlərinə əsasən, "Bank Respublika"dan minimum 500 AZN və daha çox kredit götürən müştərilər 2 ədəd "BYD Destroyer" avtomobili, 24 ədəd 5 qramlıq qızıl külçə (999,99 əyyar), 10 ədəd 10 qramlıq qızıl külçə (999,99 əyyar) və 4 ədəd 20 qramlıq qızıl külçə (999,99 əyyar) qazanmaq imkanı olacaq.
Avtomobilləri BYD şirkətinin Azərbaycandakı rəsmi dileri "Group Motors" MMC təqdim edir.
Lotereyada 01.10.2025 – 01.05.2026 tarixləri arasında "Bank Respublika"dan Lombard krediti götürən və həmin dövrdə krediti aktiv olan müştərilər iştirak edə bilər.
Hər 500 AZN məbləğində lombard krediti 1 şans deməkdir.
Lotereya 2 tirajdan ibarətdir və qaliblər 10.01.2026 və 15.05.2026-cı il tarixlərində, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən Bankın baş ofisində tiraj komissiyasının müəyyən olunmuş üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın təsadüfi seçimi vasitəsilə müəyyən olunacaq.
Ümumilikdə lotereya dövründə 40 hədiyyə qazanılacaq.
1-ci tiraj üçün kredit 31.12.2025 tarixinədək, 2-ci tiraj üçün isə, kredit 01.05.2026 tarixinədək aktiv qalmalıdır.
Hər tirajda bir iştirakçı yalnız bir dəfə qalib ola bilər (şansların sayından asılı olmayaraq).
Birinci tirajda əldə olunan şanslar həmçinin ikinci tirajda da iştirak edir.
İştirakçının Lotoreya dövrü ərzində 1 müqavilə üzrə aktiv Lombard kreditlərində 10 gündən artıq müddətdə gecikməsi olmamalıdır.
Lotereyada "Bank Respublika" əməkdaşları və aidiyyəti şəxslər iştirak edə bilməz.
Lotereya şərtləri haqqında daha ətraflı məlumatı Bankın rəsmi səhifəsində əldə etmək mümkündür.
Əgər siz də sərfəli şərtlərlə kredit götürüb, həm avtomobil, həm də qızıl külçə qazanmaq şansını qaçırmaq istəmirsinizsə – düzgün seçim edin, qalib olun!
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144