"Bank of Baku" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 14 oktyabr, 2025
  • 18:05
Bank of Baku maliyyə vəziyyətini açıqlayıb

"Bank of Baku" ASC bu ilin yanvar-sentyabr aylarını 24,02 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 19,9 % çoxdur.

9 ay ərzində "Bank of Baku"nun gəlirləri 144,317 milyon manat (illik müqayisədə 14,9 % çox), xərcləri 113,634 milyon manat (11 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,496 milyon manat (54,3 % az), mənfəət vergisi ödəmələri isə 8,159 milyon manat (25,7 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə "Bank of Baku"nun aktivləri 1 milyard 117,642 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,5 % çoxdur. Bunun 811,349 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,4 % böyüyüb.

Hesabat dövründə "Bank of Baku"nun öhdəlikləri 23,2 % artaraq 948,732 milyon manata, o cümlədən depozit portfeli 22,3 % artaraq 698,603 milyon manata, balans kapitalı isə 12,8 % artaraq 168,91 milyon manata çatıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti