Bakı metrosunun 9 ayda sərnişindaşımadan əldə etdiyi gəlir açıqlanıb

Maliyyə
  • 02 dekabr, 2025
  • 14:42
Bakı metrosunun 9 ayda sərnişindaşımadan əldə etdiyi gəlir açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında "Bakı Metropoliteni" QSC sərnişin daşımalarından 78 milyon 871 min manat gəlir əldə edib.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,8 % çoxdur.

Hesabat dövründə Bakı metrosunun xidmətlərindən 162 milyon 575,8 min nəfər (-2,4 %) istifadə edib.

"Bakı Metropoliteni" 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir.

Son xəbərlər

Bütün Xəbər Lenti