"Bakı Kristal Zalı" ötən il 2 milyon manatdan çox zərər edib
Maliyyə
- 09 oktyabr, 2025
- 10:35
"Bakı Kristal Zalı" MMC 2024-cü ili 2,405 milyon manat zərərlə başa vurub. Halbuki, Zal 2023-cü ildən 5 min manat xalis mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "Bakı Kristal Zalı"nın gəlirləri 2,697 milyon manat (əvvəlki ilə nisbətən 23,4% az), xərcləri isə 5,102 milyon manat (45,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Bakı Kristal Zalı"nın aktivləri 192,273 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 21,8 % artaraq 693 min manata çatıb, balans kapitalı isə dəyişməyərək 191,58 milyon manat qalıb.
Xatırladaq ki, "Bakı Kristal Zalı" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 191,567 milyon manatdır.
Son xəbərlər
03:47
Rusiyanın xərçəng əleyhinə vaksinləri serbiyalı xəstələr üçün əlçatan olacaq
Digər ölkələr03:19
İranın XİN başçısı ABŞ nümayəndələri ilə görüşdən əvvəl Omanda danışıqlar aparıb
Digər ölkələr02:57
İtaliyada XXV Qış Olimpiya Oyunlarına start veriləcək
Komanda02:21
AK Serbiya rəhbərliyini məhkəmə-hüquq qanunlarının icrasını dayandırmağa çağırıb
Digər ölkələr01:57
Netanyahu Misirin hərbi potensialının artmasından narahatlığını bildirib
Digər ölkələr01:22
Çin peyklərin sıradan çıxarılması üçün silah hazırlayıb
Digər ölkələr01:01
Video
Qərbi Azərbaycan xronikası: Erməni ritorikasında yeni xətt açılıb
Daxili siyasət00:50
Ağ Ev: ABŞ Rusiya ilə strateji hücum silahları ilə bağlı yeni müqaviləni müzakirə edəcək
Digər ölkələr00:37