"Bakı Fond Birjası"nın dövriyyəsi 43 % azalıb
Maliyyə
- 05 may, 2026
- 16:12
Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15 milyard 423,782 milyon manat təşkil edib.
"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 43,1 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 16,6 % azalaraq 8 082 olub.
BFB-nin dövriyyəsinin 90,7 %-i və yaxud 13 milyard 986,399 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 38,5 % azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 3,4 dəfə azalaraq 960,973 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 2,4 dəfə azalaraq 476,411 milyon manat olub.
Son xəbərlər
18:46
CNN-in qurucusu Ted Törner vəfat edib
Digər ölkələr18:31
İsrail-Livan danışıqlarının üçüncü raundu növbəti həftə keçiriləcək
Digər ölkələr18:29
"Mançester Yunayted"in Çempionlar Liqasından əldə edəcəyi gəlir bəlli olub
Futbol18:28
Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda radar nəzarəti gücləndirilir
Daxili siyasət18:21
Novxanıda bıçaqlanaraq öldürülən gəncin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə18:16
Video
ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb
İKT18:11
Foto
Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir
İnfrastruktur18:09
Naxçıvanda su xəttində qəza baş verib
Daxili siyasət18:00
Foto