"Bakı Fond Birjası"nın dövriyyəsi 2,4 dəfə artıb
Maliyyə
- 02 fevral, 2021
- 13:59
Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 1 614,51 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 54,4 % artaraq 582 olub.
BFB-nin dövriyyəsinin 81 %-i, yaxud 1 316,36 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 6,1 dəfə çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 83,4 % azalaraq 65,987 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 4,4 dəfə artaraq 232,162 milyon manat olub.
Son xəbərlər
09:18
FHN mebel sexinin fəaliyyətini dayandırıb
Hadisə09:04
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçiriləcək
Komanda09:02
NYT: ABŞ "Gerald R. Ford" aviadaşıyıcısını Yaxın Şərqə yönləndirəcək
Digər ölkələr09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.02.2026)
Maliyyə08:59
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (13.02.2026)
Maliyyə08:55
Foto
Milli Məclisin bir qrup deputatı Meksika Senatının sədri ilə görüşüb
Milli Məclis08:52
Japarov Təhlükəsizlik Komitəsinin rəhbərinin istefaya göndərilməsinin səbəbini açıqlayıb
Region08:39
Niderland "genişmiqyaslı münaqişə"yə hazırlaşır
Digər ölkələr08:24