Azərbaycanın valyuta ehtiyatları son 1 ildə 3% artıb
- 27 oktyabr, 2020
- 12:16

Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 49 780 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 87%-i və yaxud 43 288,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13%-i və yaxud 6 491,4 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 120,4 milyon ABŞ dolları və yaxud 0,2% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 65,3 milyon ABŞ dolları və yaxud 0,15%, AMB-in valyuta ehtiyatlarında isə 55,1 milyon ABŞ dolları və yaxud 0,8% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 221,25 milyon ABŞ dolları və yaxud 2,5% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 764,2 milyon ABŞ dolları və yaxud 1,8%, AMB-in valyuta ehtiyatları isə 457,3 milyon ABŞ dolları və yaxud 7,6% artım nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
01.10.2020 | 43 288,6 | 6 491,4 | 49 780,0 |
01.07.2020 | 43 223,3 | 6 436,3 | 49 659,6 |
01.04.2020 | 41 349,5 | 6 393,8 | 47 743,3 |
01.01.2020 | 43 323,3 | 6 258,0 | 49 581,3 |
01.10.2019 | 42 524,4 | 6 034,1 | 48 558,5 |