Azərbaycanın turizm xidmətləri balansında 9 ayda 320 milyon dollar profisit olub

Maliyyə
  • 15 dekabr, 2025
  • 12:08
Azərbaycanın turizm xidmətləri balansında 9 ayda 320 milyon dollar profisit olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın turizm xidmətləri balansı 320 milyon ABŞ dolları profisit nümayiş etdirib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

"Profisit əsasən ölkəyə gələn xarici turistlərlə əlaqədardır. Bu dövrdə Azərbaycana xaricdən 1,948 milyon nəfər, ölkədən xaricə isə 1,605 milyon nəfər turist səyahət edib", - deyə o qeyd edib.

2025-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 0,5 % azalaraq 2,7 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixrac (1,5 milyard ABŞ dolları) idxalı (1,2 milyard ABŞ dolları) üstələyib.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,6 %, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1,8 % azalıb.

Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərdiyi xidmətlərin dəyəri 1,2 milyard ABŞ dolları olub. Bunun 75,1 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Son xəbərlər

Bütün Xəbər Lenti