Azərbaycanın dövlət borcunun ÜDM-nə nisbəti artıb
Maliyyə
- 03 avqust, 2020
- 11:21

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bununla belə, I yarımildə dövlət borcunun ümumi daxili məhsula nisbəti 20,7%-dən 24,5%-ə yüksəlib.
İyunun sonuna dövlət borcunun 15 232,5 milyon manatı xarici dövlət borcu, 1 450,1 milyon manatı isə daxili dövlət borcu olub. Bu, ötən ilin sonuna nisbətən müvafiq olaraq 1,4% az və 2,4% çoxdur.
6 ay ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 18,9%-dən 22,4%-ə, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,7%-dən 1,9%-ə çatıb.
Son xəbərlər
21:47
ABŞ müttəfiqləri ilə dezinformasiyaya qarşı mübarizədə əməkdaşlığa son qoyub
Digər ölkələr21:26
Gürcüstan DİN aksiyaçılara xəbərdarlıq edib
Region21:20
Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb
Digər ölkələr21:20
Foto
ASF III MDB Oyunları ərəfəsində Gəncədə təlim-məşq toplanışına başlayıb
Fərdi21:12
Fransanın Baş naziri etimadı doğrultmayıb, parlamentdə çoxluq hökumətin əleyhinə çıxıb
Digər ölkələr21:10
"Akkuyu" AES Türkiyəyə 50 milyard dollar töhfə verəcək
Region21:06
Şimali Makedoniya Azərbaycan tədarükləri hesabına elektrik stansiyalarını qaza çevirməyi planlaşdırır
Energetika21:00
Ukrayna üzrə "Ramştayn" formatlı görüş sentyabrın 9-da Londonda keçiriləcək
Digər ölkələr20:58