Azərbaycanın bank sektorunun xalis mənfəəti cüzi artıb

Maliyyə
  • 29 sentyabr, 2025
  • 10:36
Azərbaycanın bank sektorunun xalis mənfəəti cüzi artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 774,3 milyon manat xalis mənfəət əldə edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur.

8 ay ərzində bankların əməliyyat gəlirləri 4 milyard 454 milyon manat (1 il əvvələ nisbətən 19 % çox), əməliyyat xərcləri 3 milyard 221,5 milyon manat (25,95 % çox), xüsusi ehtiyatlara ayırmaları 271 milyon manat (13,25 % çox), gözlənilməz gəlirləri 0,6 milyon manat (76 % az), mənfəət vergisi ödəmələri isə 187,9 milyon manat (7,3 % çox) təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti