Azərbaycanın 9 ayda tədiyyə balansında 1 milyard dollardan çox kəsir olub

Maliyyə
  • 15 dekabr, 2025
  • 11:21
Azərbaycanın 9 ayda tədiyyə balansında 1 milyard dollardan çox kəsir olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 milyard 125,4 milyon ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Ötən ilin eyni dövründə tədiyyə balansında 181,6 milyon ABŞ dolları profisit olub.

"Biz bir çox hallarda tədiyyə balansına makroiqtisadi dayanıqlılığın əsas aləti kimi baxırıq. 9 ay ərzində tədiyyə balansı beynəlxalq əmtəə, fond və valyuta bazarlarındakı dəyişikliklərdən təsirlənib", - deyə o qeyd edib.

Ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 3 milyard 0,2 milyon dollarlıq profisit (ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 % az), kapital hesabındakı 5,6 milyon dollarlıq kəsir (ötən ilin eyni dövründə profisit olub), maliyyə hesabındakı 4 milyard 63,4 milyon dollarlıq kəsir (13,8 % çox), balanslaşdırıcı maddələr üzrə 56,6 milyon dollarlıq kəsir (ötən ilin eyni dövründə profisit olub) hesabına formalaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti