Azərbaycandakı kredit ittifaqlarının zərəri 4 dəfə azalıb
- 29 aprel, 2026
- 11:15
Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,7 milyon manat zərərlə başa vurub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 dəfə azdır.
Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri 0,6 milyon manat (illik müqayisədə eyni), xərcləri 0,3 milyon manat (25 % az), xüsusi ehtiyatlara ayırmaları isə 1 milyon manat (2 dəfə az) təşkil edib.
Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 12,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,2 % azdır. Bunun 10,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,7 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 3,7 % azalaraq 2,6 milyon manata, balans kapitalı isə 3,1 % azalaraq 9,5 milyon manata düşüb.