Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-may, 2021)
- 07 iyun, 2021
- 12:48

"Bakı Fond Birjası" QSC bu ilin yanvar-may aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 5 342 187 490 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 2 273 758 832 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 1 105 702 633 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 847 183 859 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 513 636 137 manatla "ABB-İnvest İnvestisiya Şirkəti" QSC, 276 523 162 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 178 756 089 manatla "İnvest-AZ İnvestisiya Şirkəti" QSC, 85 569 165 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, 85 026 331 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC və 34 946 320 manatla "MFX Trading İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
1 | Paşa Kapital | 5 342 187 490 |
2 | Unicapital | 2 273 758 832 |
3 | BTB Kapital | 1 105 702 633 |
4 | AzFinance | 847 183 859 |
5 | ABB-İnvest | 513 636 137 |
6 | Xalq Kapital | 276 523 162 |
7 | İnvest-Az | 178 756 089 |
8 | PSG Kapital | 85 569 165 |
9 | CPM-İnvest | 85 026 331 |
10 | MFX-Trading | 34 946 320 |