Azərbaycanda təkrarsığorta bazarı 12 % azalıb

Maliyyə
  • 13 aprel, 2026
  • 16:56
Azərbaycanda təkrarsığorta bazarı 12 % azalıb

2025-ci ildə Azərbaycanda təkrarsığortaya ötürülən təkrarsığorta haqları 2024-cü illə müqayisədə 12 % və yaxud 19 milyon manat azalaraq 135 milyon manat olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, ötürülən təkrarsığorta haqlarının sığorta haqlarında payı 8,4 % təşkil edib. Ötürülən təkrarsığorta haqlarının 4,7%-i (6,3 milyon manat) həyat sığorta sinifləri, 95,3 %-i isə (128,8 milyon manat) qeyri-həyat sığorta siniflərinin payına düşür. Həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 1 %-i, qeyri-həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları isə qeyrihəyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 15,1 %-i təşkil edib.