Azərbaycanda özəlləşdirilmələrdən daxilolmalar üzrə proqnoz 14 %-ə yaxın artırılır

Maliyyə
  • 04 noyabr, 2025
  • 11:21
Azərbaycanda özəlləşdirilmələrdən daxilolmalar üzrə proqnoz 14 %-ə yaxın artırılır

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 125 milyon manat məbləğində nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, bu da 2025-ci ilin proqnoz göstəricisindən 15 milyon manat və ya 13,6 % çoxdur.

2026-cı ilin dövlət büdcəsində özəlləşdirilmədən daxilolmalar üzrə proqnozlaşdırılmış məbləğ əvvəlki illərlə müqayisədə artım nümayiş etdirsə də, bu məbləğin mövcud potensialı tam əks etdirmədiyi qənaətindəyik. Bununla yanaşı, özəlləşdirmədən daxilolmalar üzrə vaxtı çatmış (hesablanmış), lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə əhəmiyyətli məbləğdə qalıqların mövcudluğu nəzərə alınarsa, 2026-cı ildə bu istiqamət üzrə proqnozlaşdırılan 125 milyon manat daxilolmadan daha yüksək potensialın mövcud olduğu qənaətinə gəlmək mümkündür", - deyə Rəydə qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti