Azərbaycanda kriptovalyuta və virtual aktivlər üçün tənzimləyici sənəd hazırlanır

Maliyyə
  • 17 dekabr, 2025
  • 13:13
Azərbaycanda kriptovalyuta və virtual aktivlər üçün tənzimləyici sənəd hazırlanır

Azərbaycanda kriptovalyuta və bütün növ virtual aktivlər üzrə tənzimləmənin təmin edilməsi məqsədilə tədris və məlumatlandırma xarakterli sənəd hazırlanır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev AMCHAM-ın təşkil etdiyi "Yeni Nəsil Maliyyə Forumu: İnnovasiya, Texnologiya və İnklüzivlik" tədbirində bildirib.

Onun sözlərinə görə, kriptovalyuta sahəsində gəlir mənbələrinin şəffaflığı ilə bağlı ciddi suallar mövcuddur ki, bu da maliyyə inklüzivliyi və maliyyə sabitliyi baxımından yeni risklər yaradır:

"Bu prosesdə ən vacib məsələ insanların tənzimləyici quruma - Azərbaycan Mərkəzi Bankına (AMB) və müvafiq xidmətləri göstərən subyektlərə olan etimadıdır".

E.Abdullayev qeyd edib ki, stabilkoinlər və növbəti mərhələlərlə bağlı artıq ilkin yanaşma formalaşıb:

"Hazırda stabilkoinlər və digər virtual aktivlər üzrə fundamental tənzimləyici sənədin hazırlanmasına dair ilkin plan mövcuddur. Gələcəkdə bu proses mərhələli şəkildə idarə olunacaq və ümid edirik ki, perspektivdə Mərkəzi Bank tərəfindən tənzimlənən stabilkoin də təqdim ediləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti