Azərbaycanda iqtisadi artım 5,5%-ə çatıb
Maliyyə
- 15 may, 2015
- 09:32
Bakı. 15 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 16,6 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5% çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu dövrdə ÜDM-in 36,2%-i sənayedə, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 13,5%-i tikintidə, 10,7%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,0%-i nəqliyyat və anbar təsərrüfatında, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,0%-i informasiya və rabitə xidmətlərində, 15,2%-i isə sosial və digər xidmətlər sahəsində yaradılıb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ni təşkil edib.
Son xəbərlər
02:39
Batman qəbiristanlığında AK Partinin üzvü güllələnib
Region02:10
Venesuelada hava limanına ildırım düşüb, doqquz nəfər xəsarət alıb
Digər ölkələr01:40
Arda Güler "Real Madrid"dən ayrıla bilər
Futbol01:11
CHP-nin son toplantısı ilə bağlı istintaq başladılıb
Region00:42
Bəqai: İranla ABŞ arasında mesaj mübadiləsi aparılır
Region00:09
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
Region00:01
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
Region23:45
Azərbaycan güləşçilərinin ilk rəqibləri müəyyənləşib
Fərdi23:43