Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti yenidən artırılır
Maliyyə
- 02 dekabr, 2020
- 11:14

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və dekabrın 4-də qüvvədən düşməli olan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti yenidən artırılacaq.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisə təqdim ediləcək.
Bununla belə, qanunun qüvvədə olma müddətinin nə qədər artırılacağı hələ ki, açıqlanmır.
Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanun 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.
Son xəbərlər
09:20
Maştağada 34 yaşlı qadını avtomobil vuraraq öldürüb
Hadisə09:19
Argentinada 5,8 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr09:17
Masallıda 17 yaşlı oğlan su hövzəsində boğularaq ölüb
Hadisə09:12
Gənclər və İdman Nazirliyinin "Səhər idmanı" layihəsinə jurnalistlər də qoşulub
Fərdi09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.09.2025)
Maliyyə09:05
Biləsuvarda yeniyetmə su kanalında boğulub
Hadisə09:03
Messi argentinalı futbolçunu yığmaya çağırılmamaqla hədələyib
Futbol08:58
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.09.2025)
Maliyyə08:53