Azərbaycanda dollar bir qədər də ucuzlaşıb

Maliyyə
  • 20 may, 2016
  • 13:20
Azərbaycanda dollar bir qədər də ucuzlaşıb

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının mayın 23-nə rəsmi məzənnəsini 1,4957 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən "Report"a verilən məlumata görə, bu, gündəlik 0,20% azalma deməkdir.

Qeyd edək ki, mayın 20-də rəsmi məzənnə 1,4987 AZN/USD səviyyəsində olub.