Azərbaycanda 9 ayda 69 milyon manat güzəştli ipoteka krediti verilib

Maliyyə
  • 16 oktyabr, 2025
  • 15:31
Azərbaycanda 9 ayda 69 milyon manat güzəştli ipoteka krediti verilib

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti ilə 354 milyon manat ipoteka krediti verilib ki, bunun da 69 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edib.

"Report" Fonda istinadən xəbər verir ki, 9 ayda adi kreditlər hesabına 2 565, güzəştli kreditlər hesabına 816 vətəndaşın və yaxud ailənin mənzil şəraiti yaxşılaşıb.

Bu il verilmiş kreditlərin orta məbləği 104 800 manat təşkil edib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə bu il oktyabrın 1-nə Fond 132 milyon manat məbləğində 1 423 ipoteka krediti üzrə zəmanət verib.

Ümumilikdə indiyə qədər Fondun vəsaiti hesabına 3 milyard 680 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 56 minə yaxın ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 %-i gənclər və gənc ailələrdir.

Son xəbərlər

Bütün Xəbər Lenti