Azərbaycan və Mərkəzi Asiyanın maliyyə sektorunda əlaqəliliyin gücləndirilməsi müzakirə edilib
- 18 noyabr, 2025
- 16:54
Azərbaycan və Mərkəzi Asiya maliyyə infrastrukturunda qarşılıqlı əlaqəliliyin gücləndirilməsi müzakirə edilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilən "Mərkəzi Asiya Regional Fintex Sammiti"ndə iştirak edib. Azərbaycan nümayəndələri sammit çərçivəsində transsərhəd ödənişlərin inkişafı, data transformasiyası və idarəedilməsi, eləcə də milli ödəniş həllərinin tətbiqi mövzularında təşkil olunan müzakirə panellərində çıxış ediblər. Müzakirələr zamanı müasir texnologiyaların tətbiqin ilə müştəri gözləntilərinin qarşılanması, həmçinin maliyyə infrastrukturunda qarşılıqlı əlaqəliliyin gücləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub.
Bu tədbir regionun tənzimləyici qurumlarını və maliyyə institutlarını bir araya gətirərək maliyyə texnologiyaları sahəsində əməkdaşlıq və bilik mübadiləsi üçün platforma yaradıb.