Azərbaycan I yarımildə xalis maliyyə aktivlərini 3 milyard dollar artırıb
Maliyyə
- 17 sentyabr, 2025
- 12:21

Bu ilin I yarısında Azərbaycanın xalis maliyyə aktivləri 2 milyard 988,9 milyon ABŞ dolları artıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 dəfə çoxdur.
Yarım illik artım xaricə yönəldilmiş birbaşa investisiyaların 516,3 milyon ABŞ dolları artması (1 il əvvələ nisbətən 22,5 % çox), portfel investisiyalarının 947,4 milyon ABŞ dolları artması (2,25 dəfə çox), digər investisiyaların isə 1 milyard 525,2 milyon ABŞ dolları artması (1 il əvvəl azalıb) hesabına baş tutub.
Son xəbərlər
14:03
Foto
Badara kəndində gələn il 128 evin bərpası planlaşdırılır
Daxili siyasət14:01
Bu il Bakıda ticarət dövriyyəsinin həcmi 4 %-dən çox artıb
Biznes13:52
Samir Əliyev: "Qarabağ" adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırdı"
Futbol13:50
Bakıda 7 ayda 30 milyard manatlıq sənaye məhsulları istehsal edilib
Sənaye13:48
Xocalı sakini: 11 yaşında çıxdığım kəndə indi ailəmlə birgə qayıdıram
Daxili siyasət13:47
"Bakı Kart"a yeni direktor təyin edilib
İnfrastruktur13:43
WAM: ADQ və Azərbaycan İnvestisiya Holdinqi maliyyə xidmətləri üzrə əməkdaşlıq etmək istəyir
Biznes13:42
Si Cinpin ABŞ-yə, Tramp da Çinə səfər edə bilər
Digər ölkələr13:38