Azərbaycanda 9 ayda büdcədən 218 milyon manatdan çox vəsait geri qaytarılıb
- 08 oktyabr, 2025
- 10:38

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən ümumilikdə 218 milyon 354,8 min manat vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Geri qaytarılan vəsaitlər əcnəbilərin ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların almasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödədiyi ƏDV-nin qaytarılmasına aiddir.
Həmçinin, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.