Azərbaycan banklarının Bəhreyn bankı ilə müxbir münasibətlər qurması müzakirə edilib

Maliyyə
  • 17 noyabr, 2025
  • 17:11
Azərbaycan banklarının Bəhreyn bankı ilə müxbir münasibətlər qurması müzakirə edilib

Bəhreynə məxsus "Arab Banking Corporation" (Bank ABC) və Azərbaycan bankları ilə müxbir münasibətlər qurulması müzakirə edilib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, qurumun baş direktorları Fuad İsayev, Tərlan Rəsulov və Elrad Seydiyev "Bank ABC"nin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçiriblər. Görüş çərçivəsində maliyyə sektorunda əsas strateji hədəflər və qarşıdakı dövr üzrə təşəbbüslər, Azərbaycan bankları ilə müxbir münasibətlərin qurulması perspektivləri və banklararası əməliyyatların inkişafını dəstəkləyəcək layihələr, eləcə də kapital bazarlarının inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Görüşdə həmçinin sindikativ kreditləşmə ilə bağlı perspektivlər və bu istiqamətdə həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti