Azər Əmiraslanov: "Büdcə müzakirələri zamanı qaldırılan məsələlər nəzərdən keçirilir"

Maliyyə
  • 02 dekabr, 2025
  • 11:47
Azər Əmiraslanov: Büdcə müzakirələri zamanı qaldırılan məsələlər nəzərdən keçirilir

Aidiyyəti qurumlar büdcə müzakirələri zamanı qaldırılan məsələləri nəzərdən keçirir, büdcə layihəsi III oxunuşda təqdim edilərkən bu barədə müvafiq məlumat veriləcək.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

"Büdcə müzakirələrini parlament formatı olaraq təqdir edir və qiymətləndiririk. ​Səslənən fikirlər sahəvi, regional və ictimai xarakterli olmaqla dövlət büdcəsi üçün təbii ki, əlavə maliyyə öhdəlikləri yaradır. Bununla belə, hesab edirik ki, bu fikir və mülahizələr ümumilikdə parlamentin büdcə zərfinə dəstəyini ifadə etməklə yanaşı, həm də ölkəmizin sosial-iqtisadi inkişafına, dövlət siyasətinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsinə, o cümlədən regionlarda mövcud problemlərin həllinə xidmət edir.

​Nəzərə almalıyıq ki, büdcə prosesi bir illə məhdudlaşmır. O, davamlı və uzunmüddətli xarakter daşıyır. Bu səbəbdən də hər zaman təkmilləşməyə məruz qalır. Büdcə sisteminin təkmilləşdirilməsi mərhələlərindən biri artıq təsdiq olunmuş dövlət büdcəsinin icrasına dair hesabatın parlamentə təqdim edilməsidir. Yeni büdcə zərfinin müzakirəsi zamanı qaldırılan bir çox məsələlər və verilən suallar, həm də bir qayda olaraq, icraya dair hesabat mərhələsində cavablandırılır", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti