"Atəşgah Sığorta"nın vəzifəli şəxsləri 300 manat cərimələnib

Maliyyə
  • 02 dekabr, 2025
  • 11:44
Atəşgah Sığortanın vəzifəli şəxsləri 300 manat cərimələnib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Atəşgah Sığorta" ASC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, vəzifəli şəxslər "Sığorta fəaliyyəti haqqında" qanunun 78-ci maddəsinin tələblərini pozublar. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, onlar 300 manat cərimə ediliblər.

Son xəbərlər

Bütün Xəbər Lenti