"AtaBank" manat əmanətlərini bahalaşdırıb
Maliyyə
- 27 fevral, 2015
- 07:29
Bakı. 27 fevral. REPORT.AZ/ Bu gündən etibarən “AtaBank” ASC manat əmanətləri üzrə faiz dərəcələrini artırıb. Artıq müştərilər bir il müddətinə illik 12%, 5 il müddətinə isə illik 16% dərəcəsi ilə əmanət yerləşdirə bilər.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, bundan başqa, “Yığım” əmanəti üzrə gəlirlik illik 1 faiz bəndi artırılıb.
Məlumatda deyilir ki, “AtaBank” manat əmanətləri üzrə illik faiz dərəcələrinin artımını “Manata dəyər verək” şüarı altında xüsusi kampaniya çərçivəsində davam etdirəcək.
Qeyd edək ki, “AtaBank” ASC-nin 2014-cü ilin sonuna aktivləri 580,3 mln. manat, əmanət portfeli 511,0 mln. manat, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 166,0 mln. manat təşkil edib.
Son xəbərlər
06:39
İsrail və Livan arasında danışıqların növbəti mərhələsi Romada baş tutacaq
Digər ölkələr06:14
Barselona metrosundakı yağın kütləvi zəhərlənməyə səbəb olub
Digər ölkələr05:43
Trampın irəli sürdüyü Kleyton ABŞ Senatından dəstək alıb
Digər ölkələr05:16
Nikaraquada Konstitusiyaya qismən dəyişikliklər ediləcək
Digər ölkələr04:33
ABŞ-də FIFA prezidenti ilə Ağ Ev arasında mümkün əlaqələr araşdırlır
Digər ölkələr04:05
Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı kəskin azalıb
Digər ölkələr03:41
Netanyahu Tehranın nüvə proqramı ilə bağlı məlumatları Trampa təqdim edəcək
Digər ölkələr03:17
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İKT02:50