AMB: Sığorta sektorunun məcmu kapitalı risk kapitalını 2 dəfə üstələyib
Maliyyə
- 14 sentyabr, 2025
- 11:53
Bu ilin I yarısında Azərbaycanın sığorta sektorunun məcmu kapitalı risk kapitalını təxminən 2 dəfə üstələyib.
"Report"un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında bildirib.
Onun sözlərinə görə, sığorta sektorunda həyata keçirilən islahatlar inkişaf və dayanıqlıq göstəricilərinə də müsbət təsir edib:
"Belə ki, hesabat dövründə sektorun aktivləri son bir ildə 12 % artaraq 2,1 milyard manatı ötüb. Gəlirlilik göstəricilərində də artımlar qeydə alınıb. Bu ilin I yarısında sektorun ümumi mənfəəti 80 milyon manatı keçib, aktivlərin gəlirliliyi (ROA) 7 %, kapitalın gəlirliliyi (ROE) isə 25 % təşkil edib".
Son xəbərlər
01:20
KİV: Fransada vergidən yayınan minlərlə təsərrüfatçı aşkarlanıb
Digər ölkələr00:50
Sabunçunun bəzi ərazilərində işıq olmayacaq
Energetika00:28
Ukrayna və ABŞ-nin nazirləri maye qaz təchizatını və nüvə enerjisini müzakirə ediblər
Digər ölkələr00:18
Qurban Qurbanov: "Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər"
Futbol00:03
"Nyukasl"ın baş məşqçisi: "Qarabağ"a qarşı cavab matçımız ciddi keçəcək"
Futbol00:00
Foto
Ramazan ayı başlayıb
Din23:59
Ağ Ev: Sülh Şurasının iclasında 20-dən çox ölkənin nümayəndəsi iştirak edəcək
Digər ölkələr23:43
ABŞ-də qar uçqunu nəticəsində səkkiz xizəkçi ölüb
Digər ölkələr23:38
Foto
Video