AMB: Sığorta sektorunun dərinliyi regiondakı ölkələrə yaxındır

Maliyyə
  • 28 noyabr, 2025
  • 11:08
AMB: Sığorta sektorunun dərinliyi regiondakı ölkələrə yaxındır

Azərbaycanda sığorta sektorunun dərinliyi regiondakı ölkələrə yaxın, inkişaf etmiş ölkələrdən isə xeyli azdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") təşkilatçılığı ilə Bakıda keçirilən "Bank və sığorta sektorlarının inteqrasiyası" mövzusunda tədbirdə bildirib.

"Sektorun dərinliyi məcmu sığorta haqlarının ümumi daxili məhsuldakı (ÜDM) payı ilə ölçülür. Son illər bu istiqamətdə müsbət dinamika müşahidə edilir. Ötən il bu göstərici ümumi ÜDM-ə nisbətdə 1,1 %, qeyri-neft-qaz ÜDM-nə nisbətdə isə 1,8 % təşkil edib. Biz ümumi sığorta penetrasiyasının 10-20 %-ə çatdırmağı hədəfləyirik. Təbii ki, ən yüksək səviyyəyə çatdırmaq hədəf deyil. Daha uyğun olanı ölkənin spesifikasıyasına uyğun tələbin müəyyən edilməsidir", - deyə o qeyd edib.

Bundan başqa, AMB rəsmisi deyib ki, ötən il ölkədə adambaşına düşən sığorta haqqı 132 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti