AMB mikromaliyyə sektoru ilə bağlı hədəfini açıqlayıb

Maliyyə
  • 29 yanvar, 2026
  • 10:13
AMB mikromaliyyə sektoru ilə bağlı hədəfini açıqlayıb

2030-cu ilədək Azərbaycan ​Mərkəzi Bankının (AMB) əsas hədəflərindən biri çevik və effektiv tənzimlənən mikromaliyyə sektorunun formalaşmasıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Bakıda keçirilən I İnvestor-Mikromaliyyə Forumunda bildirib.

O xatırladıb ki, 2024-cü ilin noyabr ayında qəbul olunmuş "Kredit risklərinin idarə edilməsi qaydası" və "Anderraytinq sahəsindəki tələblər" BOKT-larda risklərin idarə edilməsi mədəniyyətinin formalaşmasına və qabaqcıl təcrübələrin tətbiqinə xidmət edir.

"Bununla yanaşı, 2025-ci ilin may ayında AMB mikromaliyyə modeli üzrə strateji çərçivə qəbul edib: "Müvafiq sənəd "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində qəbul olunub. ​Mikromaliyyə modelinin əsas hədəfləri özünüməşğul əhalinin, eyni zamanda mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsi, maliyyə inklüzivliyinin genişləndirilməsi, ümumilikdə mikromaliyyə modelinin və bank olmayan kredit təşkilatlarının real sektorun inkişafında rolunun artırılmasıdır".