AMB Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinə lisenziya verib
Maliyyə
- 12 noyabr, 2025
- 15:39
Azərbaycan Mərkəzi Bankı (AMB) "Money Shop" MMC-yə Bakıda daha bir valyuta mübadiləsi məntəqəsi açmaq üçün lisenziya verib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, şirkətin valyuta mübadiləsi məntəqələrinin sayı 2-yə çatıb. Yeni məntəqə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında fəaliyyət göstərəcək.
Hazırda "Money Shop"dan başqa daha 6 şirkət - "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta", "Meta-Kapital" və "MMK-014" MMC-lər müvafiq lisenziyaya malikdirlər.
Xatırladaq ki, "Money Shop" ilk lisenziyanı 2024-cü ildə alıb.
Son xəbərlər
17:41
XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı olub
Hərbi17:38
"Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" sənədi təsdiqlənib
İnfrastruktur17:37
İqtisadiyyat Nazirliyi: Azərbaycan 10 ölkə ilə azad ticarət sazişləri imzalayıb
Biznes17:36
Foto
Ceyhun Bayramov Banqladeşin qeyri-rezident səfirini qəbul edib
Xarici siyasət17:35
Sarayevo Bakı ilə müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa ümid edir
Xarici siyasət17:34
Azərbaycanda yeni peşə və kvalifikasiya standartları hazırlanacaq
Biznes17:32
Sabah Bakının 2 rayonunda qaz olmayacaq
Energetika17:27
"Tramp marşrutu"nun Ermənistandan keçən hissəsinin inşasına gələn ilin ikinci yarısında başlanacaq
Region17:26