AMB 50 mln. manat vəsait cəlb edib

Maliyyə
  • 24 yanvar, 2017
  • 11:06
AMB 50 mln. manat vəsait cəlb edib

Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirib. 

Bu barədə "Report"a AMB-dən bildirilib. 

Məlumata görə, hərracda tələb 165 mln. manat olsa da, faktiki olaraq 50 mln. manatlıq resurs cəlb edilib. Bağlanılmış əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,59% təşkil edib.